Lent.az saytının baş redaktoru Hafiz Heydərovun 40 yaşı tamam oldu.
Həm xarakteri, həm də peşəkarlığı ilə jurnalistikanın prinsiplərinə tam əməl etməyi bacaran dəyərli həmkarımızın yazdıqlarını onun daxili məni mükəmməl səviyyədə redaktə və korrektə etdiyinə görə, hasil olan mətn nümunəyə çevrilir.
Hafiz bəy uzun illərin jurnalistika təcrübəsini rəhbəri olduğu saytda məharətlə şaxələndirir.
Azərbaycan jurnalistkası Hafiz Heydərov kimi imzaların varlığı ilə zəngindir.
Dəyərli həmkarmıza da zəngin, mənalı, cəmiyyətə xeyir verən ömür yaşamağı arzulayırıq.
Mediaekspert.az